Rəcəb Tayyib Ərdoğan “TRT World Forum”da çıxış etdi
Prezident çıxışında Birləşmiş Millətlər Təşkilatının (BMT) dəyişikliyə getməli olduğunu da vurğulayıb
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul Konqres Mərkəzində təşkil edilən “TRT World Forum”da çıxış etdi.
O, "İsrail ilə Livan arasında əvvəlki gün əldə edilən atəşkəsin qalıcı olmasını diləyirik. Qəzzadakı soyqırımın dayandırılması və daimi sülhə gedən yolun açılması üçün yalnız əlimizi deyil, bədənimizi daşın altına qoymağa hazırıq. İnsanlıq daha çox itki vermədən Qəzzada da davamlı atəşkəsin bir an əvvəl qurulması lazımdır. Türkiyə ilk gündən bəri bunu müdafiə edir" dedi.
Prezident çıxışında Birləşmiş Millətlər Təşkilatının (BMT) dəyişikliyə getməli olduğunu da vurğulayaraq "BMT-nin sürətlə dəyişməsi lazımdır. 5 daimi üzv, 15 keçici üzv... Bu olmaz. Bu cür dünya idarə edilə bilməz. Hazırda bu sistem ilə davam edə bilərikmi? Xeyr. Tamamilə bu BMT-nin reformasiya olunması lazımdır" ifadələrini istifadə etdi.
Rəcəb Tayyib Ərdoğan "Bizim dövlət radio və televiziyamız olan TRT məsuliyyətli cəmiyyətin tamamına xitab edən, insan və dəyər əsaslı yayımları ilə Türkiyənin qüruru olan qurumlardandır. “TRT World Forum” isə dünyanın düşüncə iqliminə müxtəliflik gətirən bir platformadır. Bu tədbiri yalnız bir müzakirə sahəsi kimi deyil, həm də dünyanın problemlərinə həll axtarışlarının konkretləşdiyi bir iradə platforması kimi qiymətləndiririk" dedi.
Әlaqәli Xәbәrlәr
Türk Hava Yolları Liviyanın Benqazi şəhərinə uçuşlara başlayacaq
Türk Hava Yolları yanvar ayından Liviyanın Benqazi şəhərinə uçuşlara başlayacaq