Hakan Fidan Ankarada təşkil edilən seminarda çıxış edib

Seminarda Türkiyənin mediasiya sahəsindəki xüsusiyyətləri və mövzu daxilində güclü ya da inkişaf etdirilməsi zəruri olan tərəfləri də dəyərləndirilib

2215152
Hakan Fidan Ankarada təşkil edilən seminarda çıxış edib

 

Türkiyənin Xarici işlər naziri Hakan Fidan mediasiya üzrə seminarın iştirakçılarına müraciət edib.

Xarici İşlər Nazirliyinin Strateji Araşdırmaları Mərkəzi və Beynəlxalq Mediasiya Baş İdarəsinin əməkdaşlığı ilə paytaxt Ankarada təşkil olunan seminarda müvafiq qurumlarının nümayəndələri, universitetlərdən akademik heyyət və düşüncə mərkəzlərinin təmsilçiləri bir araya gəlib.

Nazir seminarda mediasiya çərçivəsində həyata keçirilən fəaliyyətlər və gələcəyə dair ideyalarla bağlı çıxış edib. Bu sahədəki təcrübələrini bölüşən Hakan Fidan Türkiyənin münaqişələrin sülh yolu ilə həlli mövzusunda beynəlxalq arenadakı özünəməxsus rolunu vurğulayıb. Seminarda keçirilən sessiyalarda iştirakçılar tərəfindən Türkiyənin beynəlxalq sülh mediasiyası sahəsindəki mövcud mövqeyi bütün aspektləri ilə müzakirə olunub və gələcəkdəki mümkün istiqamətlər qiymətləndirilib.

Bununla yanaşı, seminarda Türkiyənin mediasiya sahəsindəki xüsusiyyətləri, gələcəkdə bu rolun hansı sahələrdə daha təsirli ola biləcəyi və mövzu daxilində güclü ya da inkişaf etdirilməsi zəruri olan tərəfləri də dəyərləndirilib.

Türkiyə beynəlxalq diplomatiyası və mediasiyaya verdiyi əhəmiyyət çərçivəsində bölgədə və geniş bir coğrafiyada çoxsaylı ortaq təşəbbüslərə rəhbərlik edir.



Әlaqәli Xәbәrlәr