Qətər Əmiri Ankarada Türkiye prezidenti tərəfindən rəsmi mərasimlə qarşılanacaq
İki lider axşam rəsmi yeməkdə bir araya gələcək
Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Sani bu gün Ankaraya gəlir. Türkiye prezidenti Rəcəb Tayyib Ərdoğan Al Sanini mərasimlə qarşılayacaq. Daha sonra ikitərəfli görüş keçirəcəklər.
Prezident R.T.Ərdoğan və Al Sani Türkiyə-Qətər Yüksək Strateji Komitəsinin 10-cu iclasında iştirak edəcəklər. Toplantıdan sonra əməkdaşlıq müqavilələrinin imzalanması üçün mərasim təşkil olunacaq. İki lider axşam rəsmi yeməkdə bir araya gələcək.
Səfər çərçivəsində iki ölkə arasındakı ticarət əlaqələrinin ətraflı şəkildə müzakirə olunması gözlənilir.
Qətər Əmirinin səfəri İsrail, “Həmas” və Qəzza cəbhəsində baş verənlərin qiymətləndirilməsi çərçivəsində də əhəmiyyətlidir.
Әlaqәli Xәbәrlәr
Ömər Bolat Türkmənistanda səfərdədir
Türk şirkətləri bu günə qədər Türkmənistanda 1000-dən çox layihə həyata keçirib