Rəcəb Tayyib Ərdoğan COP29 iqlim sammitinə qatılıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqasının Ər-Riyadda keçirilən birgə fövqəladə sammitindən sonra Azərbaycana səfər edib.

2209251
Rəcəb Tayyib Ərdoğan COP29 iqlim sammitinə qatılıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqasının Ər-Riyadda keçirilən birgə fövqəladə sammitindən sonra Azərbaycana səfər edib.

Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycanın paytaxtı Bakıda keçirilən “Birləşmiş Millətlər Təşkilatının COP29  iqlim sammitinə qatılıb.
Rəcəb Tayyib Ərdoğanı Azərbaycan prezidenti İlham Əliyev və Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş qarşılayıblar.

Prezident Ərdoğan Bakıda sammit çərçivəsində iştirakçılara müraciət edəcək və bir sıra ikitərəfli görüşlər də keçirəcək.

Görüşlərdə ölkələr arasındakı ikitərəfli əlaqələrin inkişafı ilə yanaşı, qlobal və regional məsələlər, xüsusilə Qəzza və Livandakı son vəziyyət müzakirə ediləcək.

Dövlət başçısı Ərdoğan Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammiti çərçivəsində Böyük Britaniyanın Baş naziri Keir Starmerlə ikitərəfli əlaqələrin inkişafını müzakirə edib.

Bildirilib ki, liderlər, həmçinin qarşılıqlı ticarət həcminin artırılması barədə danışıblar.

Onlar eyni zamanda regional və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparıblar.

Ərdoğan Türkiyənin bölgədəki, xüsusilə Ukrayna, Fələstin və Livandakı münaqişələrə son qoymaq üçün səylərinin davam etdiyini bildirib.



Әlaqәli Xәbәrlәr