Rəcəb Tayyib Ərdoğan İƏT və Ərəb Liqasının birgə fövqəladə iclasında çıxış edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqasının birgə fövqəladə iclasında çıxış edib.

2209010
Rəcəb Tayyib Ərdoğan İƏT və Ərəb Liqasının birgə fövqəladə iclasında çıxış edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqasının birgə fövqəladə iclasında çıxış edib. Ərdoğan, İsrailin Qəzza və digər Fələstin ərazilərində həyata keçirdiyi qətliamlar nəticəsində bu günə qədər 70 faizi uşaq və qadın olmaqla, 50 min fələstinlinin şəhid olduğunu bildirib. O, həmçinin vurğulayıb ki, Türkiyə indiyə qədər Qəzzaya 84 min tondan çox humanitar yardım göndərib və maneələr aradan qaldırıldıqda daha çox yardım göndərməyə hazırdır.

Prezident Ərdoğan, İsrailin Qəzzaya humanitar yardımın çatdırılmasına belə imkan vermədiyini qeyd edib və göndərilən yardım materiallarının aylardır Misirdə gözlədiyini bildirib. O, Cənubi Afrikanın Beynəlxalq Ədalət Məhkəməsində İsrailə qarşı qaldırdığı iddiaya mümkün qədər çox ölkənin dəstək verməsini təşviq etməli olduqlarını vurğulayıb. Həmçinin, İsrailə silah embarqosu tətbiq etməyin vacibliyini qeyd edib.

Sammit çərçivəsində Ərdoğanın bir çox liderlə ikitərəfli görüşlər keçirəcəyi də gözlənilir. Prezident Ərdoğan, Səudiyyə Ərəbistanı səfərindən sonra Azərbaycana gedəcək və burada İqlim Sammitində iştirak edəcək.



Әlaqәli Xәbәrlәr