Mehmet Şimşək Çində görüşlər keçirəcək
Səfər çərçivəsində investisiya və maliyyə şirkətlərinin rəhbərləri ilə də görüşəcək, ikitərəfli danışıqlar da keçirəcək
2207546
Türkiyenin Xəzinə və maliyyə naziri Mehmet Şimşək Çinin paytaxtı Pekində görüşlər keçirəcək. O, iki ölkə arasında yüksək səviyyəli məsləhətləşmə mexanizmi olan Türkiyə-Çin Hökumətlərarası Əməkdaşlıq Komitəsinin iclasında iştirak edəcək.
M.Şimşək səfər çərçivəsində investisiya və maliyyə şirkətlərinin rəhbərləri ilə də görüşəcək, ikitərəfli danışıqlar da aparacaq. Türk nazir Çin dövlət başçısının müavini Han Çjen və çinli investisiya şirkətlərinin yüksək səviyyəli rəhbərləri ilə görüşəcək.
Mehmet Şimşəyin keçirəcəyi görüşlərdə ikitərəfli əlaqələrlə yanaşı, enerji, sənaye və investisiya sahələrində əməkdaşlıq, həmçinin ticarət və iqtisadi məsələlər müzakirə olunacaq.