Türkiyə Sudandakı vəziyyətdən narahatlığını ifadə etdi

Türkiyə Xarici İşlər Nazirliyi Sudandakı vəziyyətlə bağlı yazılı açıqlama verərək bildirib ...

2206021
Türkiyə Sudandakı vəziyyətdən narahatlığını ifadə etdi

 

  Türkiyə Sudandakı humanitar vəziyyətdən və Cəzirə əyalətində mülki şəxsləri hədəf alan hücumlardan dərin narahatlığını ifadə edib.

  Türkiyə Xarici İşlər Nazirliyi Sudandakı vəziyyətlə bağlı yazılı açıqlama verərək bildirib: “Ölkədəki humanitar vəziyyətdən və Cəzirədə mülki əhalini hədəf alan hücumlardan çox narahatdır. Təcili atəşkəs, sülh və əmin-amanlıq mühiti bərqərar olmalı, məcburi köçkünlər öz evlərinə qayıtmalı və humanitar yardım fəaliyyətlərinin fasiləsiz həyata keçirilməsi üçün təxirəsalınmaz tədbirlər görülməlidir.

  Sudanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü və birliyini ən güclü şəkildə dəstəkləyirik. Xalqın əzablarını yüngülləşdirmək üçün lazım olan humanitar yardımımızı davam etdirəcəyik”.



Әlaqәli Xәbәrlәr