“Əsrin ən vəhşi soyqırımlarından biri yanımızda davam etməkdədir”, R.T.Ərdoğan
Prezident Ərdoğan İslam Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticarət Əməkdaşlığı Daimi Komitəsinin 40-cı iclasında çıxış edib
Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan son əsrin ən vəhşi soyqırımlarından birinin məhz yanımızda- Qəzzada yaşandığını bildirib. O, İstanbulda Lütfi Kırdar Beynəlxalq Konqres və Sərgi Sarayında keçirilən İslam Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticarət Əməkdaşlığı Daimi Komitəsinin (İSEDAK) 40-cı iclasında çıxış edib. Çıxışında İsrailin Qəzzaya hücumlarına toxunan prezident Fələstin xalqının 13 ay ərzində 50 min şəhid verdiyini, 2 milyon insanın dərmansız, qidasız buraxılaraq ölümə məhkum edildiyini, buna baxmayaraq fələstinlilərin şərəflərini qoruduqlarını bildirib.
Ərdoğan “Son əsrin ən vəhşi soyqırımlarından biri məhz yanımızda- Qəzzada baş verib və davam edir. Sionist rejim və dəstəkçiləri 13 aydır hər cür zülm və soyqırımı həyata keçiriblər. Lakin fələstinli bacı və qardaşlarımızı diz çökdürə bilməyiblər” deyə danışıb. Qəzza və Livana qarşı təcavüzə veriləcək ən yaxşı cavablardan birinin daha çox ölkənin Fələstin dövlətini tanıması olduğunu vurğulayıb. İslam coğrafiyasının fikir ayrılıqlarını bir kənara qoyub bu iki xalqa haqlı mübarizələrində dəstəkçi olmaqlarının böyük əhəmiyyət kəsb etdiyini qeyd edib.
Rəcəb Tayyib Ərdoğan ilk gündən bəri İsrailin həyata keçirdiyi soyqırıma qarşı ən qəti mövqe göstərən ölkələrdən biri olan Türkiyənin əlindəki bütün imkanlarla fələstinlilərə yardım etməyə çalışdığını bildirib. Türkiyənin 85 min tondan çox yardım ilə Qəzzaya ən çox yardım göndərən ölkə olduğunu da əlavə edib.
Әlaqәli Xәbәrlәr
Türk Hava Yolları Liviyanın Benqazi şəhərinə uçuşlara başlayacaq
Türk Hava Yolları yanvar ayından Liviyanın Benqazi şəhərinə uçuşlara başlayacaq