Türkiyə Livana humanitar yardım göndərdi
Türkiyə qeyri-hökumət təşkilatları tərəfindən hazırlanan təxminən min ton humanitar yardım Beyrut limanına çatıb
2205609
Türkiyə qeyri-hökumət təşkilatları tərəfindən hazırlanan təxminən min ton humanitar yardım Beyrut limanına çatıb. Məlumata görə, bu yardım ərzaq, konservlər, gigiyena vasitələri və ədyallardan ibarətdir. Beyrut limanına təxminən 15 yük maşını humanitar yardımın çatdırıldığı bildirilib, bu da indiyə qədər Livana bir anda çatdırılan ən böyük humanitar yardımdır.
Humanitar yardımın paylanması Livan hökumətinin koordinasiyası ilə həyata keçiriləcək. Qeyd edək ki, Türkiyə Livana ən çox yardım edən ölkədir. Bundan əvvəl Türkiyə Qızıl Aypara Cəmiyyəti və AFAD Livana 300 ton humanitar yardım göndərmişdi.
Әlaqәli Xәbәrlәr
Türkiyə və Azərbaycanın Xarici işlər nazirləri arasında telefon danışığı keçirilib
İkitərəfli münasibətlər və Suriyadakı inkişafları müzakirə edilib