Türkiyə ilə Oman arasında ali təhsil sahəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb
Türkiyə ilə Oman arasında ali təhsil sahəsində əməkdaşlığın inkişafını nəzərdə tutan yenilənmiş anlaşma memorandumu imzalanıb
Türkiyə ilə Oman arasında ali təhsil sahəsində əməkdaşlığın inkişafını nəzərdə tutan yenilənmiş anlaşma memorandumu imzalanıb. İmzalanma mərasimi Ankarada baş tutub. Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvar çıxışında Türkiyə ilə Oman arasında uzunmüddətli qardaşlıq əlaqələrinin mövcud olduğunu vurğulayaraq, akademik və tələbə mübadiləsinin artacağına inandığını bildirib. O, Türkiyənin ali təhsil sahəsində bir cazibə mərkəzi olduğunu və Omandan daha çox tələbə qəbul etməyi hədəflədiklərini qeyd edib. Omanın ali təhsil, araşdırma və innovasiya naziri Rəhma bint İbrahim Əl Mahruki isə, Türkiyəni ikinci vətənləri hesab etdiklərini vurğulayaraq, öz ölkələrindəki universitetlərin keyfiyyətini artırmaq məqsədilə əməkdaşlıq axtarışında olduqlarını bildirib.