Hakan Fidan britaniyalı həmkarı ilə görüşüb

İngiltərənin paytaxtı Londonda səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidan britaniyalı həmkarı Devid Lammi ilə görüşüb

2204469
Hakan Fidan britaniyalı həmkarı ilə görüşüb

İngiltərənin paytaxtı Londonda səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidan britaniyalı həmkarı Devid Lammi ilə görüşüb.

Görüş zamanı iki ölkə arasındakı əlaqələr qiymətləndirilib və Azad Ticarət Sazişinin genişləndirilməsi, enerji və nəqliyyat sahələrində yeni əməkdaşlıq imkanları müzakirə edilib.

Bununla yanaşı, müdafiə sənayesi sahəsində atılacaq potensial addımlar da gündəmə gətirilib. Tərəflər terrorizmlə mübarizədə əməkdaşlığın vacibliyini vurğulayıblar.

Regional məsələlərin müzakirə edildiyi görüşdə Türkiyənin Qəzzada baş verən humanitar böhranın həlli istiqamətindəki səyləri də qiymətləndirilib.



Әlaqәli Xәbәrlәr