Ankarada terror aktını törədənlərdən qadın terrorçunun da şəxsiyyəti müəyyənləşib

Türkiyənin TUSAŞ korporasiyasının Ankaradakı müəssisəsində törədilmiş terror aktında öldürülən terrorçulardan ikisinin də şəxsiyyəti müəyyənləşib.

2202601
Ankarada terror aktını törədənlərdən qadın terrorçunun da şəxsiyyəti müəyyənləşib

Türkiyənin TUSAŞ korporasiyasının Ankaradakı müəssisəsində törədilmiş terror aktında öldürülən terrorçulardan ikisinin də şəxsiyyəti müəyyənləşib.

Daxili İşlər Naziri Əli Yerlikaya, TUSAŞ-a edilən terror hücumunda zərərsizləşdirilən kişi terrorçunun bölücü terror təşkilatı PKK üzvü "Rojger" kod adlı Əli Örek, qadın terrorçunun isə Mine Sevjin Alçiçek olduğu açıqlanıb.

Yerlikaya sosial media hesabından açıqlamasında bunları deyib:

"Dünən TUSAŞ-da törədilən xain terror aktında zərərsizləşdirilən kişi terrorçunun kimliyi məlum olub. Xain PKK terror təşkilatının üzvü, "Rojger" kod adlı Əli Örekdir. Digər qadın terrorçunun şəxsiyyətini müəyyənləşdirmə işləri davam edir 

Yerlikaya qadın terrorçunun da PKK üzvü Mine Sevjin Alçiçek olduğunun müəyyənləşdiyini bildirib.

"TUSAŞ-a hücum edən hər iki terrorçunun PKK üzvü olduğu bəlli oldu. Ölkəmizin birliyini, həmrəyliyini, sülhünü hədəfləyən xain terror təşkilatını torpaqlarımızdan təmizləməkdə qərarlıyıq. Bir daha Allahdan rəhmət diləyirəm. Allah bir daha şəhidlərimizə rəhmət eləsin, yaralılarımıza da şəfalar diləyirəm. Heç bir terror aktı əziz millətimizi qorxuda bilməz".

Xain hücumda 6 nəfər şəhid olub.


Etiketlәr: #PKK , #TUSAŞ

Әlaqәli Xәbәrlәr