Türkiyə xarici vətəndaşlara verilən iş icazəsi imkanlarını artırdı
Bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin müvafiq qərarı Türkiyə hökumətinin “Resmi Gazete”sində dərc olunub
Türkiyədə əcnəbilərə verilən iş icazəsi istisnasının maksimum müddəti 6 aydan 3 ilə qədər artırılıb. Bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin müvafiq qərarı Türkiyə hökumətinin “Resmi Gazete”sində dərc olunub.
Sənədə əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əcnəbilərin iş həyatında qeydiyyatını artırmaq və Türkiyənin inkişafına töhfə verəcək iş, peşə və sektorlarda çalışacaq əcnəbilərin iş icazəsindən azad edilməsi prosedurlarını asanlaşdırmaq məqsədilə Beynəlxalq Əmək Qanununun Tətbiq Qaydasında dəyişiklik edib.
Nazirlikdən verilən açıqlamaya görə, iş icazəsi sərbəstliyi əcnəbiləri icazə almaq öhdəliyindən azad etməyəcək: müraciət və qiymətləndirmə prosesi fərqli olacaq.
İstisna çərçivəsindəki qruplara elm, mədəniyyət, incəsənət və idman sahələrində çalışacaq şəxslər - akademik, tədqiqatçı, peşəkar idmançı, turoperator və stajer kimi müxtəlif peşə nümayəndələri daxildir.
Müvəqqəti qoruma altında olanlar və humanitar yaşayış icazəsi sahibləri də müəyyən şərtlərlə azadolma çərçivəsində işləyə biləcəklər.
Xarici mətbuat nümayəndələrinə iş icazəsi veriləcək. Peşəkar əcnəbi idmançılar və məşqçilər üçün də şərait yaradılıb.
Dəyişikliklə əlaqədar təhsil, iqtisadi, sosial-mədəni və texnoloji sahələrdə “Türkiyənin inkişafına xüsusi töhfə verəcək” əcnəbi peşə sahiblərinə verilən iş icazəsi istisnasının maksimum müddəti 6 aydan 3 ilə qədər uzadılıb. Bu kateqoriyadan olan şəxslər dövlət orqanları tərəfindən müəyyən ediləcək.
Əcnəbilər üçün Türkiyəyə qanuni giriş tarixindən etibarən başlayan 30 günlük müddət qaldırılır və qanuni qaldıqları müddətdə iş icazəsi üçün müraciət edə biləcəklər.
Təhlükəsizliklə bağlı təhdidlər səbəbindən Türkiyədə sığınacaq üçün müraciət etmiş şəxslərin rəsmi strukturların xüsusi icazəsi olmadan ölkədə müvəqqəti iş tapmaq imkanı olacaq.
Qayda üçüncü ölkələrə köçmək məqsədilə Türkiyə ərazisindən istifadə etməyi planlaşdıran əcnəbilər kateqoriyasına da şamil edilir.
Әlaqәli Xәbәrlәr
Türkiyə və Azərbaycan Respublikası prezidentləri arasında telefon danışığı keçirilib
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin məlumatına görə...