Türkiyə Livandakı vətəndaşlarını təxliyə etdi
Təxliyə əməliyyatı Türkiyənin Milli Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyinin birgə koordinasiyası ilə baş tutub
2197470
Türkiyə dəniz yolu ilə həyata keçirilən ən böyük təxliyə əməliyyatını uğurla tamamladı.
Təxliyə əməliyyatı Türkiyənin Milli Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyinin birgə koordinasiyası ilə baş tutub.
TCG Sancaktar və TCG Bayraktar hərbi gəmiləri ilə həyata keçirilən əməliyyat nəticəsində Livanda qapalı qalan Türkiyə vətəndaşları təxliyə edilib.
Türkiyə vətəndaşları AFAD rəsmiləri tərəfindən qarşılanıb.
Yaralılar və ya tibbi yardıma ehtiyacı olanlar 112 Təcili Tibbi Yardım qrupları tərəfindən xəstəxanalara aparılıb.