Rəcəb Tayyib Ərdoğan və Aleksandr Vuçiç birgə mətbuat konfransında çıxış ediblər
Serbiyada səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan həmkarı Aleksandr Vuçiçlə birgə mətbuat konfransında çıxış edib
Serbiyada səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan həmkarı Aleksandr Vuçiçlə birgə mətbuat konfransında çıxış edib.
İsrail rəhbərliyinin insan ləyaqətini tapdalayan hücumlarının dayandırılmasının vacibliyini vurğulayan Rəcəb Tayyib Ərdoğan deyib: “Məsələnin əsas problemi Fələstin torpaqlarının İsrailin işğalı altında olmağa davam etməsidir. Bu baxımdan, 1967-ci il sərhədləri daxilində paytaxtı Şərqi Qüds olan müstəqil, suveren və coğrafi cəhətdən inteqrasiya olunmuş Fələstin dövlətinin yaradılması vacibdir”.
Oktyabrın 7-dən bu yana 9 ölkənin Fələstin dövlətini tanıdığına diqqət çəkən Ərdoğan deyib: “Fələstin dövlətini hələ də tanımayan ölkələrə çağırışımızı bir daha xatırladıram. Beynəlxalq ictimaiyyət İsrailə düzgün mesajlar vermək məsuliyyəti daşıyır”.
Serbiya prezidenti Aleksandr Vuçiç də çıxışında Türkiyənin siyasi roluna diqqət çəkərək deyib:"Türkiyə Balkanlarda ən böyük gücə və rola malik ölkədir. Ona görə də bu prosesdə (sülh və sabitlik) Türkiyənin dəstəyini gözləyirik".