Türkiyə prezidenti Balkanlara səfərə Albaniyadan başladı

Səfərlər nəticəsində ikitərəfli münasibətlərin müqavilə əsaslarının inkişaf etdirilməsi məqsədilə müxtəlif sazişlərin imzalanması da nəzərdə tutulub

2197063
Türkiyə prezidenti Balkanlara səfərə Albaniyadan başladı

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Albaniya və Serbiyada rəsmi səfərdədir. O, səfərinin ilk dayanacağı olan Albaniyada ölkə prezidenti Bayram Beqay tərəfindən rəsmi mərasimlə qarşılanıb.

  Ərdoğan və Beqay əvvəlcə təkbətək görüşüblər. Sonra iki prezident və nümayəndə heyətləri arasında görüşlər keçiriləcək.

  Türkiyə prezidenti Albaniyanın baş naziri Edi Rama ilə də görüşəcək. Ərdoğan onun da iştirakı ilə Türkiyə tərəfindən maliyyələşdirilən Balkanların ən böyük İslam ibadətgahı olan Tiran Namazgah məscidinin açılışını edəcək.

  Daha sonra Belqrada gedəcək Türkiyə prezidenti serb həmkarı Aleksandr Vuçiçlə keçiriləcək biznes forumda olacaqlar.

  Səfərlər nəticəsində ikitərəfli münasibətlərin müqavilə əsaslarının inkişaf etdirilməsi məqsədilə müxtəlif sazişlərin imzalanması da nəzərdə tutulub. Görüşlərdə həmçinin aktual qlobal və regional problemlər, xüsusilə Balkanlar, Qəzza, işğal olunmuş Fələstin torpaqları və İsrailin Livana hücumları ilə bağlı fikir mübadiləsi aparılacaq.



Әlaqәli Xәbәrlәr