Rəcəb Tayyib Ərdoğan Edi Rama ilə görüşdü

Rəcəb Tayyib Ərdoğan səfər çərçivəsində Albaniya prezidenti Bayram Beqay tərəfindən rəsmi mərasimlə qarşılanıb. İki lider daha sonra təkbətək görüş keçiriblər

2197155
Rəcəb Tayyib Ərdoğan Edi Rama ilə görüşdü
erdogan-edi rama.jpg

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Albaniyada rəsmi səfərdədir.

Rəcəb Tayyib Ərdoğan səfər çərçivəsində Albaniya prezidenti Bayram Beqay tərəfindən rəsmi mərasimlə qarşılanıb. İki lider daha sonra təkbətək görüş keçiriblər.

Görüşdən sonra Türkiyə Prezidenti, Albaniya Nazirlər Kabinetinin başçısı Edi Rama ilə bir araya gəlib.

Rəcəb Tayyib Ərdoğan və Edi Rama mətbuata qapalı keçirilən görüşdən sonra Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının İkinci Toplantısına sədrlik ediblər, həmçinin iki ölkə arasında əməkdaşlığa dair müqavilələrin imzalanma mərasimində iştirak ediblər. Tərəflər daha sonra birgə mətbuat konfransında çıxış ediblər.

Ərdoğan Qəzzada bir ildir davam edən soyqırımın bütün insanlığın ortaq ayıbı olduğunu deyib.

"Beynəlxalq ictimaiyyət davamlı atəşkəs, humanitar yardımların çatdırılması və İsrailə təzyiq göstərmək üçün əlindən gələni etməlidir. Albaniyanın baş naziri Edi Rama ilə başda Fətullahçı Terror Təşkilatı (FETÖ) olmaqla terror təşkilatlarına qarşı birgə mübarizəni müzakirə etdik. Terror təşkilatlarına qarşı mübarizəmizi davam etdirəcəyik",-deyə Türkiyə Prezidenti vurğulayıb.

R.T.Ərdoğan və Edi Rama Türkiyə tərəfindən maliyyələşdirilən Balkanların ən böyük məscidi olan Tiran Namazgah məscidinin açılışında iştirak edəcəklər.

R.T.Ərdoğan daha sonra Belqrada səfər edəcək və  Serbiya prezidenti Aleksandr Vuçiçlə keçiriləcək biznes forumuna qatılacaq.

Səfərlər zamanı ikitərəfli münasibətlərin müqavilə əsaslarının inkişaf etdirilməsi məqsədilə bir sıra sazişlərin imzalanması planlaşdırılır.

Görüşlərdə həmçinin aktual qlobal və regional məsələlər, xüsusilə Balkanlar, Qəzza, işğal olunmuş Fələstin torpaqları və İsrailin Livana hücumları ətrafında müzakirələr aparılacaq.



Әlaqәli Xәbәrlәr