Türkiyə Pakistanda törədilən terror aktlarını qınadı
Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada hücumlarda həyatını itirənlərin yaxınlarına başsağlığı verilib və yaralılara şəfa dilənib
Türkiyə Pakistanın Şimali Vəziristan bölgəsi və Kəraçi şəhərində törədilən son terror aktlarını qətiyyətlə pislədiyini bildirib.
Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada hücumlarda həyatını itirənlərin yaxınlarına başsağlığı verilib və yaralılara şəfa dilənib.
Açıqlamada Türkiyənin terrorla mübarizədə Pakistana dəstəyini davam etdirəcəyi vurğulanıb.
“Pakistanın Şimali Vəziristan bölgəsində və Kəraçi şəhərində baş verən terror aktlarını qətiyyətlə pisləyirik”,-deyə bəyanatda bildirilib.
Oktyabrın 7-də Pakistanın cənubundakı Kəraçi şəhərində Cinnah Beynəlxalq Hava Limanı yaxınlığında Çin elektrik şirkətinin işçilərini daşıyan avtomobil karvanına bombalı hücum təşkil edilib.
Bəlucistan əyalətində fəaliyyət göstərən Bəluc Azadlıq Ordusu (BLA) adlı separatçı təşkilatın məsuliyyəti üzərinə götürdüyü hücumda 3 xarici vətəndaşın həyatını itirdiyi, 17 nəfərin yaralandığı bildirilib.
Oktyabrın 5-də Pakistan-Əfqanıstan sərhədində yerləşən Hayber Paxtunxva əyalətinin Şimali Vəziristan rayonunda Pakistandakı Taliban (TTP) silahlıları ilə toqquşmada 6 əsgər həyatını itirib.
Әlaqәli Xәbәrlәr
“Trampdan əvvəlki hökumətin səhv siyasətlərini tərk etməsini gözləyirik”, R.T.Ərdoğan
R.T.Ərdoğan İstanbulda keçirilən 6-cı Beynəlxalq Qadın və Ədalət Zirvəsində çıxış edib