Norveç Türkiyəyə qarşı müdafiə sənayesi məhdudiyyətini aradan qaldırır

Bunu Türkiyə Xarici İşlər Nazirliyinin müşaviri Öncü Keçeli açıqlayıb

2186236
Norveç Türkiyəyə qarşı müdafiə sənayesi məhdudiyyətini aradan qaldırır

 

  Norveç Türkiyəyə qarşı müdafiə sənayesi məhdudiyyətini aradan qaldırır

  Norveç Türkiyəyə qarşı tətbiq etdiyi müdafiə sənayesi məhdudiyyətlərini aradan qaldırmağa qərar verib. Bunu Türkiyə Xarici İşlər Nazirliyinin müşaviri Öncü Keçeli açıqlayıb.

  Bildirilib ki, sentyabrın 11-də Türkiyə və Norveçin xarici işlər nazirləri Hakan Fidan ilə Espen Bart Eide arasında telefon danışığı olub.

  Norveçin XİN rəhbəri ölkəsinin 2019-cu ildə Türkiyəyə qarşı tətbiq etdiyi müdafiə sənayesi məhdudiyyətlərini aradan qaldırmağa qərar verdiyini bildirib. Nazir Fidan sözügedən qərardan məmnunluğunu ifadə edərək bu cür məhdudiyyətlərin müttəfiqlik ruhuna uyğun olmadığını deyib.



Әlaqәli Xәbәrlәr