Bəlli yaşda Türkiyə vətəndaşları İraqa vizasız gedə biləcək
İraq Baş Nazirliyi Mətbuat Xidmətindən verilən yazılı məlumata görə ...
İraq hökuməti 50 yaşdan yuxarı və 15 yaşdan kiçik Türkiyə vətəndaşlarının ölkəyə vizasız gedə biləcəyini açıqlayıb.
İraq Baş Nazirliyi Mətbuat Xidmətindən verilən yazılı məlumata görə, Nazirlər Şurasının iclasında yaşı 50-dən yuxarı olan və 15 yaşından kiçik ümumi pasportu olan Türkiyə vətəndaşlarının İraqa vizasız gedə bilməsi qərara alınıb. Bu Türkiyə vətəndaşlarının pasportlarına İraqdakı hava limanları və sərhəd qapılarında giriş möhürü vurulacaq. Onlar İraqda 30 gün qala biləcəklər.
15 yaşdan aşağı və 50 yaşdan yuxarı iraqlılar üçün də Türkiyəyə vizasız gəliş və 30 gün qalma tətbiq ediləcək.
Әlaqәli Xәbәrlәr
İraqın şimalında 5 PKK terrorçusu daha zərərsizləşdirilib
İraqın şimalındakı Qara bölgəsində separatçı terror təşkilatı PKK-nın 5 üzvü zərərsizləşdirilib