Türkiyə və Qazaxıstan strateji tərəfdaşlığı genişləndirir

Bu barədə Türkiyənin “Akşam” qəzetində dərc olunmuş (08.09.2024) “Rəsmi şəkildə bəyan edildi: dost ölkə ilə strateji tərəfdaşlıq davam edəcək” sərlövhəli məqalədə deyilir

2184791
Türkiyə və Qazaxıstan strateji tərəfdaşlığı genişləndirir

 

  Türkiyə və Qazaxıstan strateji tərəfdaşlığı genişləndirmək istiqamətində fəaliyyəti davam etdirəcəklər. Ölkələr beynəlxalq və regional prosesləri, o cümlədən Türk Dövlətləri Təşkilatı (TDT) platformasında qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bu barədə Türkiyənin “Akşam” qəzetində dərc olunmuş (08.09.2024) “Rəsmi şəkildə bəyan edildi: dost ölkə ilə strateji tərəfdaşlıq davam edəcək” sərlövhəli məqalədə deyilir.

  Yazıda diqqət Türkiyə ilə Qazaxıstan arasında Astanada keçirilən siyasi məsləhətləşmələrin növbəti raunduna çəkilir. Müzakirələrdə Türkiyəni xarici işlər nazirinin müavini Nuh Yılmaz, Qazaxıstanı isə xarici işlər nazirinin müavini Alibek Bakayev təmsil edib.

  Qəzet yazır: “Türkiyənin Qazaxıstan səfiri Mustafa Kapucunun da iştirakı ilə keçirilən görüşdə ticarət, iqtisadiyyat, investisiya, mədəniyyət, humanitar sahələrdə geniş əməkdaşlıq məsələləri müzakirə edilib. Türkiyə tərəfi Qazaxıstanın kənd təsərrüfatı sektorunda iri layihələrin həyata keçirilməsinə investisiya yatırmaqda maraqlı olduğunu bildirib”.

  Türkiyə xarici işlər nazirinin müavini Astanaya səfəri çərçivəsində Türkiyə səfirliyi və Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) nümayəndəliyində də olub.



Әlaqәli Xәbәrlәr