Hakan Fidan Şimali Makedoniyaya səfər edəcək
Səfər çərçivəsində keçiriləcək görüşlərdə regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılacaq
Türkiyənin xarici işlər naziri Hakan Fidan bu gün Şimali Makedoniyaya rəsmi səfər edəcək.
Səfər çərçivəsində keçiriləcək görüşlərdə regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılacaq və Türkiyə-Şimali Makedoniya münasibətlərinin bütün aspektləri nəzərdən keçiriləcək.
Məlumata görə, Hakan Fidan səfər çərçivəsində Şimali Makedoniya Baş naziri Hristijan Mikoski, parlament sədri Afrim Qaşi və həmkarı Timko Mukunski ilə görüşəcək.
Görüşlər zamanı həmçinin təhlükəsizlik məsələləri, xüsusilə FETÖ ilə mübarizə müzakirə olunacaq. Şimali Makedoniyadakı türk icması ilə bağlı məsələlər, iqtisadi əlaqələrin gücləndirilməsi, tikinti, enerji və infrastruktur kimi müxtəlif sektorlarda əməkdaşlıq imkanları da qiymətləndiriləcək.
Qeyd edək ki, Türkiyə ilə Şimali Makedoniya arasındakı ticarət həcmi 1 milyard dollar səviyyəsindədir. Şimali Makedoniyanın 7-ci ən böyük ticarət tərəfdaşı olan Türkiyə ilə bu rəqəmin 2 milyard dollara çatdırılması planlaşdırılır.
Әlaqәli Xәbәrlәr
Bəlli yaşda Türkiyə vətəndaşları İraqa vizasız gedə biləcək
İraq Baş Nazirliyi Mətbuat Xidmətindən verilən yazılı məlumata görə ...