Türkiyə prezidenti Türkmənistan Baş nazirinin müavinini qəbul edib

Türkmənistan nazirləri Ankaradadır

2175187
Türkiyə prezidenti Türkmənistan Baş nazirinin müavinini qəbul edib

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Türkmənistanın Baş nazirinin müavini, xarici işlər naziri Rəşid Mərədovu qəbul edib.

  Çankaya Köşkündəki görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan iştirak edib.

  Türkmənistan nümayəndə heyətinin rəhbəri Türkiyədə iki günlük səfərdədir.

  Türkiyənin paytaxtında xarici işlər nazirləri arasında da görüş keçirilib. Söhbət zamanı ikitərəfli münasibətlərin, o cümlədən energetika və nəqliyyat sahəsində inkişafın vəziyyəti və perspektivləri müzakirə olunub.

  H.Fidan ilə E.Mərədov arasında olan görüşdə 5 milyard dollarlıq ticarət həcmi hədəfinə doğru atılacaq addımlar müzakirə edilib, Orta Xəzər Dəhlizindən daha səmərəli istifadə tədbirləri danışılıb.

  Türkmən təbii qazının Türkiyə və Avropaya nəqlini nəzərdə tutan layihələrin həyata keçirilməsi üçün nələr edilə biləcəyi də müzakirə mövzusu olub.

  Görüşlərdə regional və beynəlxalq qurumlarla, xüsusilə Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlıq imkanları hərtərəfli qiymətləndirilib.

  Türkmənistan rəsmi heyətinin səfəri çərçivəsində Türkiyənin Milli müdafiə naziri Yaşar Gülər ​​türkmənistanlı həmkarı Begenç Gündoğdıyev və onu müşayiət edən nümayəndələri qəbul edəcək. Bu görüşdə ikitərəfli və regional müdafiə və təhlükəsizlik məsələlərinin müzakirə olunması gözlənilir.



Әlaqәli Xәbәrlәr