Hakan Fidan Rəşid Meredov ilə görüşüb

Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada səfərdə olan Türkmənistan Nazirlər Şurasının sədr müavini və xarici işlər naziri Rəşid Meredov ilə görüşüb.

2175499
Hakan Fidan Rəşid Meredov ilə görüşüb

Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada səfərdə olan Türkmənistan Nazirlər Şurasının sədr müavini və xarici işlər naziri Rəşid Meredov ilə görüşüb.

Nazirliyin rəsmi ''X'' internet səhifəsində edilən paylaşımda bu ifadələrə yer verilib: “Nazirimiz Hakan Fidan Ankarada səfərdə olan Türkmənistan Nazirlər Şurasının sədr müavini və xarici işlər naziri Rəşid Meredov ilə görüşüb”.

Diplomatik mənbələr Hakan Fidan və Rəşid Meredovun Türkiyə ilə Türkmənistan arasında imzalanacaq yeni müqavilələrlə iqtisadiyyat sahəsində əməkdaşlığın dərinləşdirilməsi imkanlarını müzakirə etdiklərini vurğulayıb.

Türkmənistanla 5 milyard dollarlıq ticarət həcmi hədəfinin olduğunu bildirən mənbələr, bu hədəfin necə artırılacağı ilə bağlı fikir mübadiləsinin aparıldığını qeyd edib.

Mənbələr görüşdə Türkmənistan təbii qazının Türkiyə və Avropa bazarlarına çatdırılması ilə bağlı əməkdaşlıq imkanlarının qiymətləndirildiyini bildirib.

Görüşdə Qəzzadakı son vəziyyət və Ukraynadakı hadisələrin də müzakirə edildiyini vurğulayıb.



Әlaqәli Xәbәrlәr