Türkiyənin vasitəçiliyilə Efiopiya ilə Somali nümayəndə heyətləri bir araya gələcək

Türkiyənin vasitəçiliyilə Efiopiya ilə Somali nümayəndə heyətləri avqustun 12-də (bu gün) bir araya gələcək

2174076
Türkiyənin vasitəçiliyilə Efiopiya ilə Somali nümayəndə heyətləri bir araya gələcək

Türkiyənin vasitəçiliyilə Efiopiya ilə Somali nümayəndə heyətləri avqustun 12-də (bu gün) bir araya gələcək.
Xatırladaq ki, Efiopiya ilə Somaliland arasında imzalanan müqavilə gərginliyi artırmışdı. 20 kilometrlik sahil xəttinin 50 il müddətinə Efiopiyanın istifadəsinə verilməsi münasibətlərin gərginləşməsinə səbəb olmuşdu.
Diplomatik mənbələrdən əldə edilən məlumata görə, Efiopiyanın Baş naziri Abiy Əhməd Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub ünvanlayaraq Efiopiya ilə Somali arasındakı münaqişə ilə bağlı Türkiyədən dəstək istəyib. Daha sonra Türkiyə vasitəçi ölkə kimi prosesə daxil olub.
Xarici işlər naziri Hakan Fidan iyul ayında Efiopiya və Somali XİN rəhbərlərini paytaxt Ankarada bir araya gətirib. Avqustun 3-də isə Hakan Fidan Efiopiyaya səfər edib.
Səfər zamanı Hakan Fidanın Baş nazir Abiy Əhməd tərəfindən qəbul edilməsi və daha sonra Somali tərəfi ilə yüksək səviyyədə görüşlər keçirməsi nəticəsində danışıqların ikinci mərhələsinin sentyabrın 2-də deyil, avqustun 12-də Ankarada keçirilməsi qərara alınıb.



Әlaqәli Xәbәrlәr