Türkiyə ilə Somali prezidentləri arasında telefon danışığı olub
Məlumata görə, tərəflər Türkiyə ilə Somali arasında ikitərəfli əlaqələr, Somali ilə Efiopiya arasında yaşanan gərginlik, regional və qlobal məsələləri müzakirə ediblər
2174077
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Somali Prezidenti Həsən Şeyx Mahmud ilə telefon əlaqəsi saxlayıb.
Məlumata görə, tərəflər Türkiyə ilə Somali arasında ikitərəfli əlaqələr, Somali ilə Efiopiya arasında yaşanan gərginlik, regional və qlobal məsələləri müzakirə ediblər.
Rəcəb Tayyib Ərdoğan söhbət zamanı Türkiyə ilə Somali arasındakı əməkdaşlığın əhəmiyyətini vurğulayıb.Türkiyənin Somali ilə Efiopiya arasındakı gərginliyin aradan qaldırılması üçün səylərini davam etdirəcəyini ifadə edən Rəcəb Tayyib Ərdoğan iki ölkə arasında razılaşmanın əldə olunması üçün Türkiyədə keçiriləcək danışıqların ikinci mərhələsindən konkret nəticələrin gözlənildiyini bildirib.