Rəcəb Tayyib Ərdoğan və Edi Rama ikitərəfli münasibətləri müzakirə etdilər
Telefon danışığı zamanı Türkiyə ilə Albaniya arasındakı ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib
2173255

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Albaniyanın Baş naziri Edi Rama ilə telefon əlaqəsi saxlayıb.
Telefon danışığı zamanı Türkiyə ilə Albaniya arasındakı ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib.
Rəcəb Tayyib Ərdoğan söhbət zamanı iki ölkə arasındakı əlaqələrin yüksək səviyyədə olduğunu, ticarət, iqtisadi, hərbi və müdafiə sənayesi sahələrindəki əməkdaşlığın atılacaq addımlarla daha da gücləndiriləcəyini bildirib.
Türkiyə Prezidenti FETÖ-nün Albaniyada təhsil, səhiyyə və dini qurumlar daxilində strukturlaşmasına son qoymaq üçün göstərilən səylərin davam etdiriləcəyinə inandığını bildirib.