Türkiyə və Venesuela prezidentləri arasında telefon danışığı olub

Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumata görə, telefon danışığı zamanı Türkiyə-Venesuela münasibətləri, regional və qlobal məsələlər müzakirə edilib

2172805
Türkiyə və Venesuela prezidentləri arasında telefon danışığı olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Venesuela Prezidenti Nikolas Maduro ilə telefon əlaqəsi saxlayıb.

Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumata görə, telefon danışığı zamanı Türkiyə-Venesuela münasibətləri, regional və qlobal məsələlər müzakirə edilib.

Prezident Rəcəb Tayyib Ərdoğan söhbət zamanı Türkiyənin Venesueladakı dialoq prosesini dəstəkləməyə davam edəcəyini və Venesuela xalqına sülh və firavanlıq arzuladığını bildirib.

Rəcəb Tayyib Ərdoğan Venesuelanın Fələstinə verdiyi dəstəyi yüksək qiymətləndirdiyini vurğulayıb.



Әlaqәli Xәbәrlәr