Hakan Fidan və Devid Lammi Qəzzadakı vəziyyəti müzakirə ediblər

Bu barədə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli rəsmi ''X'' internet səhifəsində etdiyi paylaşımda bildirib

2172822
Hakan Fidan və Devid Lammi Qəzzadakı vəziyyəti müzakirə ediblər

Türkiyənin xarici işlər naziri Hakan Fidan Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi ilə telefon əlaqəsi saxlayıb.

Bu barədə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli rəsmi ''X'' internet səhifəsində etdiyi paylaşımda bildirib.

Öncü Keçeli qeyd edib ki,tərəflər Qəzzadakı son hadisələri və bölgədə artan gərginliyi müzakirə ediblər.

"Nazir Hakan Fidan İsrailin atəşkəsə qarşı olan tərəf olduğunu xatırladıb və münaqişələrin regional səviyyəyə keçmə riskinə diqqət çəkib, həmçinin İsrailin təcavüzünün dayandırılmasının vacibliyini vurğulayıb'',-Öncü Keçeli paylaşımında qeyd edib.

 

 



Әlaqәli Xәbәrlәr