Türkiyə Livandakı vətəndaşlarına xəbərdarlıq edib
Türkiyənin Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarını Livana zəruri olmayan səfərlərdən çəkinmələri, həmçinin Livanda olan türklərin ölkəni tərk etmələri ilə bağlı xəbərdarlıq edib
2171149
Türkiyənin Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarını Livana zəruri olmayan səfərlərdən çəkinmələri, həmçinin Livanda olan türklərin ölkəni tərk etmələri ilə bağlı xəbərdarlıq edib.
Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bölgədəki son hadisələr nəzərə alınaraq Livanda təhlükəsizlik vəziyyətinin sürətlə pisləşməsi ehtimalının olduğu vurğulanıb.
Bəyanatda həmçinin nazirliyin və Türkiyənin Beyrutdakı səfirliyinin rəsmi internet saytları, eləcə də sosial media hesabları vasitəsilə ölkədə baş verən hadisələri izləməyin faydalı olacağı vurğulanıb.
''Fövqəladə hallarda Beyrutdakı səfirliyimizlə aşağıda qeyd olunan telefon nömrəsi (+961 3 944 904 / +961 70 622 012) ilə əlaqə saxlaya bilərsiniz'',-deyə bəyanatda bildirilib.