“Qəzza hadisələri bütün dünyada maskaları çıxardı”, R.T.Ərdoğan

Ədalət və İnkişaf Partiyasının (AK Partiya) paytaxt Ankaradakı qərargahında İnsan Haqları Təhsil-Təlim Proqramında çıxışı zamanı R.T.Ərdoğan bunları söyləyib ...

2171584
“Qəzza hadisələri bütün dünyada maskaları çıxardı”, R.T.Ərdoğan

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin baş naziri Binyamin Netanyahunu nəzərdə tutaraq deyib ki, “bugünkü Hitleri alqışlayanlar alınlarındakı qara ləkəni təmizləyə bilməyəcəklər”.

  Ədalət və İnkişaf Partiyasının (AK Partiya) paytaxt Ankaradakı qərargahında İnsan Haqları Təhsil-Təlim Proqramında çıxışı zamanı R.T.Ərdoğan bunları söyləyib: “Beynəlxalq sistemdə ciddi bir hakimiyyət boşluğu var.

  Mənəviyyat və vicdan itkisi ilə qarşı-qarşıyayıq.

  İnsanların çox ağrılı təcrübələrdən sonra qurduğu qanun-qayda əsaslı sistemin çöküşünün hamımız şahidi oluruq.

  Qlobal sistem Qəzza böhranı ilə iflas bayrağını qaldırıb.

  Qəzza hadisələri bütün dünyada maskaları çıxarıb, həqiqət pərdələrini açıb və on illərdir bizə nümunə göstərilən qurumların nə qədər içi boş olduğunu açıq şəkildə ortaya qoyub.

  İsrailin Qəzzaya hücumları normalda insanlığı ayağa qaldırmalı idi. Amma bu zülm qarşısında Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının heç bir etirazı yoxdur.

  Qərb ölkələri onsuz da İsrailin soyqırım siyasətinə ortaqdır.

  Tarix kimin harada dayandığını açıq şəkildə göstərir. 85 il əvvəl “Nasist parlamenti” Reyxstaqda Hitlerin soyqırımı ilə bağlı çıxışını coşğuyla alqışlayanların adları utancla tarixə yazıldığı kimi, bugünkü Hitleri - Netanyahunun yalanlarını ayaqüstü alqışlayanlar da eyni şəkildə əllərinə, alınlarına yapışan o qara ləkəni ömür boyu təmizləyə bilməyəcəklər.

  Kim nə deyirsə desin, soyqırım törədənlərin yeri parlament kürsüləri deyil, törətdikləri cinayətlərə görə cavab verəcəkləri məhkəmə salonlarıdır”.



Әlaqәli Xәbәrlәr