Hakan Fidan Ərəb Liqasının baş katibi ilə görüşüb
Türkiyənin xarici işlər naziri Hakan Fidan Misirdə görüşlərini davam etdirir
Türkiyənin xarici işlər naziri Hakan Fidan Misirdə görüşlərini davam etdirir.
Nazir Hakan Fidan Misirdəki təmasları çərçivəsində Ərəb Liqasının baş katibi Əhməd Əbu Qayt ilə görüşüb.
Nazirliyin rəsmi ''X'' internet səhifəsində edilən paylaşımda bu ifadələrə yer verilib: ''Nazirimiz Hakan Fidan Misirin Alemeyn şəhərində Ərəb Liqasının baş katibi Əhməd Əbu Qayt ilə görüşüb”.
Hakan Fidan görüşdən əvvəl El-Ariş şəhərində Təbii Fəlakət və Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) və Türkiyə Qızıl Aypara Cəmiyyətinin əməkdaşları ilə də bir araya gəlib.
Türkiyənin xarici işlər naziri Qəzzaya göndərilən humanitar yardımların koordinasiyası ilə bağlı Misir Qızıl Aypara Mərkəzinin səlahiyyətlilərindən məlumat alıb.
Qeyd edək ki, Hakan Fidan misirli həmkarı Bedir Abdulatinin dəvəti ilə Misirə səfər etmişdi.