Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə təhlükəsizlik şurasının iclası keçirilib
Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə təhlükəsizlik şurasının iclası keçirilib.
Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə təhlükəsizlik şurasının iclası keçirilib.
Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən iclasda xarici işlər naziri Hakan Fidan, daxili işlər naziri Əli Yerlikaya, milli müdafiə naziri Yaşar Gülər, Baş Qərargah rəisi, ordu generalı Metin Gürak, Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın, Türkiye Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun və ölkə başçısının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç iştirak ediblər.
Mətbuata qapalı keçirilən görüş təxminən 1 saat davam edib.
İclasdan sonra verilən açıqlamada terrorla mübarizənin qətiyyətlə davam etdiriləcəyi bildirilib.
Qeyd edək ki, İraqın şimalında 9 əsgərin şəhid olduğu, 4 əsgərin yaralandığı ''Pəncə-Kilid'' əməliyyatı bölgəsinə edilən hücumdan sonra həyəta keçirilən hava əməliyyatı nəticəsində son 24 saatda 57 terrorçunun zərərsizləşdirildiyi bildirilib.
Әlaqәli Xәbәrlәr
Hakan Fidanla Entoni Blinken arasında telefon danışığı olub
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüşdə Suriyadakı son hadisələr müzakirə olunub.