R.T.Ərdoğan: ''Ədalətin tərəfində olmağa davam edəcəyik''
Prezident Rəcəb Tayyib Ərdoğan zülmü görməzlikdən gələn dilsiz şeytanlardan olmayacaqlarını, başda Qəzza olmaqla qətlə yetirilən, zülmə məruz qalan insanlar üçün haqq- ədalətin tərəfində olmağa davam edəcəklərini bildirib.

Prezident Rəcəb Tayyib Ərdoğan şair Mehmet Akif Ersoyun anım mərasimində çıxış edib.
Rəcəb Tayyib Ərdoğan İsrailin oktyabrın 7-dən etibarən Qəzzada davam edən vəhşiliyinə 'Dur'' deyərək reaksiya verən gəncləri bir daha təbrik edib.
Zülmü görməzlikdən gələn dilsiz şeytanlardan olmayacaqlarını vurğulayan Ərdoğan, başda Qəzza olmaqla qətlə yetirilən, zülmə məruz qalan insanlar üçün haqq- ədalətin tərəfində olmağa davam edəcəklərini bildirib.
Terrorla mübarizə məsələsinə də toxunan Rəcəb Tayyib Ərdoğan deyib:
“Hər kəs bundan əmin olmalıdır ki, müstəqilliyimizə qarşı hücumlar davam etdikcə biz gələcəyimizi qorumağa davam edəcəyik''.
Çıxışında birlik və həmrəylik mesajı verən Türkiye Prezidenti deyib:
“Türkiye bizim ortaq vətənimizdir. Hamımız birik, qardaşıq, eyni xalçanın üzərində olan naxışlarıq”.