“22 İslam ölkəsinin sərhədləri dəyişəcək” dedi və baş verənlərin şahidi olduq”, N.Kurtulmuş

Qətərin “Es-Shark” qəzetinə müsahibə verən N.Kurtulmuş deyib ...

2073411
“22 İslam ölkəsinin sərhədləri dəyişəcək” dedi və baş verənlərin şahidi olduq”, N.Kurtulmuş

 

  Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş bildirib ki, Qəzzada qırğınlar törədən İsrailin ən böyük gücü İslam dünyasının dağınıqlığıdır.

  Qətərin “Es-Shark” qəzetinə müsahibə verən N.Kurtulmuş deyib: “Türkiyə İsrailin Qəzzaya hücumlarına qarşı ədalətli Fələstin davasının yanındadır. Qəzzaya hər cür humanitar yardımın çatdırılması üçün beynəlxalq əlaqələr qurmuşuq.

  İsrailin Qəzzaya hücumu oktyabrın 7-də başlamayıb. Bu həddə gətirib çıxaran hadisələrə baxılmalıdır. ABŞ-ın keçmiş dövlət katibi Kondoliza Rays “22 İslam ölkəsinin sərhədləri dəyişəcək” deyərək açıqlama verdikdən sonra Fələstin, Yəmən, Livan, Suriya, İraq və Liviyada baş verənlərin şahidi olduq.

  Bu gün İsrailin ən böyük gücü təkcə malik olduğu resurslara dayanmır. Təəssüf ki, onun ən böyük gücü İslam dünyasının nizamsızlığı və dağınıqlığıdır.

  İsrailin baş naziri Binyamin Netanyahu və komandasını Beynəlxalq Müharibə Cinayətləri Məhkəməsinə göndərmək üçün Türkiyədən 3200 vəkil cinayət işi açıb. Qətər bu cəhdləri başdan dəstəklədi, atəşkəs üçün ümid verdi və prosesə verdiyi müsbət töhfəyə görə Qətərə təşəkkür edirik”.



Әlaqәli Xәbәrlәr