Prezident Ərdoğan Birləşmiş Ərəb Əmirliklərində səfərdədir

Ərdoğan Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına üzv ölkələrin 28-ci Konfransı çərçivəsində keçiriləcək sammitdə iştirak edəcək.

2071148
Prezident Ərdoğan Birləşmiş Ərəb Əmirliklərində səfərdədir

Prezident Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası - COP28 çərçivəsində təşkil olunacaq Dünya İqlim Fəaliyyəti Sammitində iştirak etmək üçün “TRK” adlı şəxsi təyyarəsi ilə Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) gəlib.

Ərdoğanı Dubay Beynəlxalq Hava Limanında BƏƏ-nin vitse-prezidenti Şeyx Mansur bin Zayed Al Nahyan, Abu Dabi səfiri Tuqay Tunçer, Dubayın baş konsulu Onur Şaylan və digər bir sıra rəsmi şəxslər qarşılayıblar.

Prezident Ərdoğan və xanımı Əminə Ərdoğan, ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Mehmet Özhaseki, nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu, prezidentin kommunikasiya direktoru Fahrettin Altun və prezidentin baş müşaviri səfir Akif Çağatay Kılıç da Dubaya gəliblər.



Әlaqәli Xәbәrlәr