Brüsseldə səfərdə olan Hakan Fidan ikitərəfli görüşlər keçirib

Belçikanın paytaxtı Brüsseldə səfərdə olan Türkiyenin xarici işlər naziri Hakan Fidan Norveç, İsveç, Almaniya, Kanada və Böyük Britaniya xarici işlər nazirləri ilə görüşüb.

2070085

Bu barədə Türkiye Xarici İşlər Nazirliyinin rəsmi ''X'' səhifəsində edilən paylaşımda bildirilib. Məlumata əsasən, Hakan Fidan NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin toplantısı çərçivəsində norveçli həmkarı Espen Barth Eide və isveçli həmkarı Tobias Billström ilə görüşüb. 
Türkiyenin NATO yanındakı Daimi Nümayəndəliyində keçirilən hər iki görüşdə ikitərəfli əlaqələr, Qəzzadakı son vəziyyət və İsveçin NATO-ya üzvlük prosesi müzakirə edilib.
Hakan Fidanın Brüsseldə Almaniyanın xarici işlər naziri Annalena Berbok ilə də görüşdüyü bildirilib.
Xarici işlər naziri Hakan Fidanın həmçinin Kanadanın xarici işlər naziri Melani Coli ilə görüşdüyü qeyd olunub.  Görüşdə Qəzzada baş verənlər və NATO-nun gündəmindəki məsələlər müzakirə edilib.
Böyük Britaniyanın xarici işlər naziri Devid Kameron ilə də görüşən Hakan Fidan həmkarı ilə ikitərəfli əlaqələrlə yanaşı, Qəzzadakı və Ukraynadakı son vəziyyəti müzakirə edib.

Әlaqәli Xәbәrlәr