Daha 61 xəstə Ankaraya gətiriləcək
Səhiyyə naziri Fahrettin Koca Qəzzadan 61 xəstə və onları müşayiət edən 49 nəfərin paytaxt Ankaraya gətirilməsinin planlaşdırıldığını bildirib.

Səhiyyə naziri Fahrettin Koca Qəzzadan 61 xəstə və onları müşayiət edən 49 nəfərin paytaxt Ankaraya gətirilməsinin planlaşdırıldığını bildirib.
Nazir F.Koca sosial media hesabında bu axşam Qəzzadan Misirə daha 61 xəstə və onları müşayiət edən 49 nəfərin keçdiyini açıqlayıb və deyib:
"Əl-Arişdəki xəstəxanada gecələyəcək xəstələrin səhər saatlarında təyyarə ilə Ankaraya gətirilməsi planlaşdırılır. Qəzzadan gələn hər bir xəstənin müalicəsi qardaşlarımız və insanlığın yaralı vicdanı qarşısında borcumuzdur. "
Qeyd edək ki, ötən həftə Qəzzadan çıxarılan bəzi xərçəng xəstələri və onları müşayiyət edənlər Türkiyeyə gətirilərək müalicələrinə başlanıb.
Milli Müdafiə Nazirliyi isə bildirib ki, Səhiyyə Nazirliyinin müraciəti əsasında Türkiyedə müalicə alacaq qəzzalı xəstələrin təxliyyəsi üçün Hərbi Hava Qüvvələrinə məxsus A400M təyyarəsi təyin edilib.
Nazirlikdən verilən açıqlamada "Səhiyyə Nazirliyinin tələbi ilə Türkiyedə müalicə alacaq 109 qəzzalı qardaşımızın təxliyyəsi üçün Hərbi Hava Qüvvələrimizə aid A400M təyyarəsi təyin edilib. Kayseridən havaya qalxan və Misirə gedən təyyarədə 10 tibb işçisi də var" deyilib.
Qeyd edək ki, ötən həftə Qəzzadan çıxarılan bəzi xərçəng xəstələri və onları müşayiət edənlər Türkiyeyə gətirilərək müalicələrinə başlanılıb.
Әlaqәli Xәbәrlәr

Suriyanın şimalında altı terrorçu da zәrәrsizlәşdirilib
Bu barədə Türkiyenin Milli Müdafiə Nazirliyindən verilən bəyanatda bildirilib.