“Netanyahu hökuməti bir cinayət makinasıdır”, Ö.Çelik

Sosial media hesabında Ö.Çelik sözügedən mövzu ilə bağlı bu sözləri paylaşıb ...

2060335
“Netanyahu hökuməti bir cinayət makinasıdır”, Ö.Çelik

 

  Türkiyə Ədalət və İnkişaf Partiyasının sədr müavini və partiya sözçüsü Ömər Çelik İsraildəki Benyamin Netanyahu hökumətinin bir qətl maşını olduğunu söylədi.

  Sosial media hesabında Ö.Çelik sözügedən mövzu ilə bağlı bu sözləri paylaşıb: “Qəzzalıların yaşamaq haqqını nəzərə almadan “İsrailin özünü müdafiə etmə haqqı var” deyənlər bəşəriyyətə qarşı cinayət törədirlər.

  Günahsız insanların öldürüldüyü hər qırğından sonra “İsrailin özünü müdafiə etmək hüququ var” deyərək qəzzalıların yaşamaq hüququnu məhvə təşviq edənlər qətlin tərəfdarlarıdır.

  Netanyahu hökuməti bir cinayət makinasıdır. Bu qətl maşını Qərb ölkələri tərəfindən hər qırğından sonra "İsrail özünü müdafiə etmək haqqına malikdir" cümləsiylə daha çox cinayətə təşfiq edilir.

  Netanyahu qətliam siyasəti yürüdür, amma Qərb ölkələri heç insan haqları və qanunlarından yüksək səslə danışmır. Əksinə "İsrail qırmızı xətlərə bağlı deyil" deyirlər. "Biz İsrailə qırmızı xətt təklif etmirik" deyənlər əslində “daha çox cinayət törət” deyir.

  Barbarlıq insanlığa müharibə elan edib. Müharibə təkcə Qəzzada deyil, bəşəriyyətin ürəyindədir. Qəzzalıların yaşamaq hüququndan yan keçib İsrailin özünümüdafiə haqqından danışan tətikçinin arxasındadır.

  Kim məsum uşaqların ölümündən sonra belə İsrailə qırmızı xətt çəkmirsə, insanlığa qarşı savaşın əsl planlayıcısı odur.

  Barbarlığa qarşı bəşəriyyətin səsi yenə Türkiyədir. Prezidentimizin atəşkəs çağırışı və sülh üçün irəli sürdüyü hərəkət planı Qəzzanın günahsızlarını qorumaq üçün yeganə yoldur. Bəşəriyyətin vəhşiliyə qarşı mübarizəsi və günahsız insanların müdafiəsi prezidentimizin açıqladığı ən mühüm və ən həyati bir zəmindir."

 



Әlaqәli Xәbәrlәr