EAPM-ın ilk qadın prezidenti türkiyəli oldu

PERYÖN-in verdiyi açıqlamaya görə ...

2054703
EAPM-ın ilk qadın prezidenti türkiyəli oldu

 

  Avropa İnsanların İdarə Edilməsi Assosiasiyasının (EAPM - European Association for People Management) ilk qadın prezidenti türkiyəli Berna Öztınaz oldu.

  Türkiyənin İnsan İdarəetmə Dərnəyi – PERYÖN-ün Məsləhət Şurasının üzvü Berna Öztınaz dünyanın 34 ölkəsini təmsil edən Avropa İnsanların İdarə Olunması Dərnəkləri Assosiasiyası İdarə Heyətinin sədri seçilib.

  PERYÖN-in verdiyi açıqlamaya görə, Türkiyə Cümhuriyyətinin 100-cü ildönümündə ilk dəfə olaraq Türkiyədən bir ad EAPM-in prezidenti seçildi - Berna Öztınaz həm də qurumun ilk qadın rəhbəri oldu.

  B.Öztınaz eyni zamanda, Dünya İnsan İdarəetmə Assosiasiyaları idarə heyətində EAPM-ni təmsil edir.

  Qeyd edək, 1979-cu ildə EAPM-in üzvü olan PERYÖN Türkiyədəki yeganə EAPM nümayəndəsi olub və daha sonra Dünya Federasiyasına (WFPMA) üzvlüyə qəbul edilib.



Әlaqәli Xәbәrlәr