Türk Dövlətləri Əməkdaşlığı Günü mübarək olsun

Türkiyə Xarici İşlər Nazirliyindən verilən yazılı məlumatda bildirilir ...

2045480
Türk Dövlətləri Əməkdaşlığı Günü mübarək olsun

 

  Türkiyə Türk Dövlətləri Əməkdaşlığı Günü münasibətilə təbrik etdi.

  Türkiyə Xarici İşlər Nazirliyindən verilən yazılı məlumatda bildirilir: “1992-ci ildə “Türkdilli ölkələrin dövlət başçılarının zirvə toplantıları” kimi başladığımız proses üzv ölkələrin güclü iradəsi və birgə səyləri sayəsində bu gün tam hüquqlu beynəlxalq təşkilata sahib olmağımızla nəticələndi.

  Türk Dövlətləri Təşkilatı qlobal miqyasda məsuliyyətli və həssas regional aktor kimi üzv ölkələr arasında əməkdaşlığı sürətlə inkişaf etdirmək, milli imkanları uyğunlaşdırmaq, sülh və sabitliyə xidmət edir.

  Türkiyə türk dünyasını birlikdə daha güclü etmək və ümumtürk əməkdaşlığını inkişaf etdirmək üçün səylərini ləngitmədən sürdürür.

  Türk Dövlətləri Təşkilatının yaradılmasının əsasını qoyan Naxçıvan Sazişinin imzalanmasının 14-cü ildönümü münasibətilə Türk Dövlətlərinin Əməkdaşlıq Gününü ürəkdən təbrik edirik”.



Әlaqәli Xәbәrlәr