Alparslan Bayraktar BƏƏ rəsmiləri ilə görüş

Türkiyenin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar Əbu-Dabiyə etdiyi səfər çərçivəsində Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) rəsmiləri ilə görüş keçirib.

2045779

Bu barədə Alparslan Bayraktar rəsmi ''X'' səhifəsində paylaşım edib.
“İlk olaraq  investisiyalar naziri və ADQ-nin icraçı direktoru Məhəmməd Həsən əl-Suveydi, daha sonra isə sənaye və qabaqcıl texnologiyalar naziri, ADNOC-un (Əbu-Dabi Milli Neft Şirkəti) baş direktoru və Masdar-ın sədri, Sultan Əhməd Əl Cabir ilə görüşdük. Görüşlərimizdə iyul ayında iki ölkə arasında imzalanmış enerji müqavilələrinin konkretləşdirilməsi üçün izlənəcəyimiz yol xəritəsini müzakirə etdik",-deyə  Alparslan Bayraktar qeyd edib.
İyul ayında Türkiye ilə Birləşmiş Ərəb Əmirlikləri arasındakı münasibətlər ''strateji tərəfdaşlıq” səviyyəsinə qaldırılıb və müxtəlif sahələrdə 50,7 milyard dollarlıq müqavilələr imzalanıb.

Әlaqәli Xәbәrlәr