MİT Suriyada əməliyyat keçirib

Türkiyenin Milli Kəşfiyyat İdarəsi (MİT) Suriyanın şimalında Kamışlı bölgəsində əməliyyat keçirib, PKK-nın Suriya üzrə sözdə asayiş "rəhbər şəxsi" məhv edilib.

2044974
MİT Suriyada əməliyyat keçirib

Türkiyenin Milli Kəşfiyyat İdarəsi (MİT) Suriyanın şimalında Kamışlı bölgəsində əməliyyat keçirib, PKK-nın Suriya üzrə sözdə asayiş "rəhbər şəxsi" məhv edilib.

MİT tərəfindən verilən açıqlamada qeyd olunub ki, əməliyyat nəticəsində PKK terror təşkilatının asayiş məsələləri üzrə “rəhbər şəxsi” Müzdelif Taşkın zərərsizləşdirilib. Terrorçu hər an izlənilib, daha sonra isə nöqtə əməliyyatı nəticəsində terrorçu zərərsizləşdirilib.

Onun 2007-ci ildə baş tutan Dağlıca hücumunun iştirakçısı olduğu vurğulanıb.

Qeyd edək ki, 2007-ci ildə terrorçuların Türkiye Silahlı Qüvvələrinin Dağlıca kəndində yerləşən hərbi hissəsinə hücumu nəticəsində 12 hərbçi şəhid olmuş, 16 hərbçi isə yaralanmışdı.



Әlaqәli Xәbәrlәr