Rəcəb Tayyib Ərdoğan İlon Maskla bağlı paylaşım edib

Prezident Rəcəb Tayyib Ərdoğan gələn il TEKNOFEST-ə qatılacaqlarını açıqlayan ''Tesla'' və ''SpaceX''-in baş direktoru İlon Maska belə cavab verib:“Sizi gələn il dünyanın ən böyük aviasiya, kosmos və texnologiya festivalı olan TEKNOFEST-də görməkdən çox m

2044368
Rəcəb Tayyib Ərdoğan İlon Maskla bağlı paylaşım edib
elon musk teknofest.jpg
erdogan.jpg

Prezident Rəcəb Tayyib Ərdoğan gələn il TEKNOFEST-ə qatılacaqlarını açıqlayan ''Tesla'' və ''SpaceX''-in baş direktoru İlon Maska belə cavab verib:“Sizi gələn il dünyanın ən böyük aviasiya, kosmos və texnologiya festivalı olan TEKNOFEST-də görməkdən çox məmnun olacağıq”.

Bu barədə rəsmi ''X'' səhifəsində paylaşım edən Prezident Rəcəb Tayyib  Ərdoğan deyib: "Hörmətli İlon Mask. Sizi gələn il dünyanın ən böyük aviasiya, kosmos və texnologiya festivalı olan TEKNOFEST-də görməkdən çox məmnun olacağıq. İnanıram ki, qarşılıqlı faydalanma anlayışı ilə quracağımız əməkdaşlıqla ölkəmizə və bəşəriyyətə bir çox sahədə böyük töhfələr verəcəyik''.

Qeyd edək ki, İlon Mask paylaşımında onu TEKNOFEST-ə dəvət etdiyi üçün Prezident Rəcəb Tayyib Ərdoğana təşəkkür edib və  deyib: ''Gələn il TEKNOFEST-ə qatılmağı və Türkiyedə investisiya imkanlarını müzakirə etməyi səbirsizliklə gözləyirəm”.



Әlaqәli Xәbәrlәr