Numan Kurtulmuş Bəxtiyor Səidovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Türkiye Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Özbəkistanın xarici işlər naziri Bəxtiyor Səidovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

2042820

Bəxtiyor Səidovun rəhbərlik etdiyi nümayəndə heyətini Türkiye Böyük Millət Məclisində qəbul etməkdən məmnun olduğunu bildirən Numan Kurtulmuş ölkələr arasındakı əməkdaşlığın əhəmiyyətini xatırladıb və deyib: "Burada yaradacağımız əməkdaşlıq və güc əslində həm Asiya ölkələri, həm də Avropa ölkələri üçün mühüm fürsət olacaq. İqtisadi, ticarət, siyasi, mədəni, təhsil daxil olmaqla, hər sahədə birgə layihələr yaradaraq ortaq məqsədə doğru birlikdə addımlamalıyıq. Son zamanlar iki ölkə arasındakı əlaqələr çox yaxşı deyə biləcəyimiz səviyyəyə çatıb. Biz Özbəkistanın güclənməsini Türkiyenin güclənməsi kimi qəbul edirik. Eləcə də Özbəkistandakı qardaşlarımızın Türkiyenin inkişafını bu şəkildə qəbul etdiyini bilirik". 
Özbəkistanın xarici işlər naziri Bəxtiyor Səidov isə öz növbəsində Türkiye Böyük Millət Məclisinin sədri Kurtulmuş ilə görüşdən məmnunluğunu ifadə edərək, Türkiyenin Özbəkistanın müstəqilliyini ilk tanıyan ölkə olduğunu hər zaman xatırladıqlarını və bunu heç vaxt unutmayacaqlarını bildirib.

Әlaqәli Xәbәrlәr