Xarici işlər naziri Hakan Fidan Nyu-Yorkda bir sıra ikitərəfli görüşlər keçirib
Xarici işlər naziri Hakan Fidan Birləşmiş Millətlər Təşkilatının 78-ci Baş Assambleyasına qatılmaq üçün getdiyi Nyu-Yorkda bir sira ikitərəfli görüşlər keçirib.

Xarici işlər naziri Hakan Fidan Birləşmiş Millətlər Təşkilatının 78-ci Baş Assambleyasına qatılmaq üçün getdiyi Nyu-Yorkda bir sıra ikitərəfli görüşlər keçirib.
Nazir Fidan Slovakiya, Nikaraqua, İspaniya, Kuba, Bolqarıstan, Gürcüstan, Belarus, Bəhreyn və Panama ilə yanaşı bir çox ölkədən olan həmkarları ilə görüşüb.
Türk Evində Panamanın xarici işlər naziri Janaina Tevaney Menkomo ilə görüşdən sonra iki ölkə arasında “Siyasi məsləhətləşmələr mexanizminin yaradılmasına dair Anlaşma Memorandumu” imzalanıb.
H.Fidan Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell ilə də görüşüb.
Borrell sosial media platforması "X" paylaşımında xarici işlər naziri H.Fidanla fikir mübadiləsi aparmaq imkanı tapdığını bildirərək Aİ-Türkiye əlaqələrində atılacaq addımları müzakirə etdiklərini dilə gətirib.
Borrel bildirib ki, Fidanla Qarabağdakı "son dərəcə narahatedici" vəziyyəti də müzakirə ediblər.
Nyu-Yorkda keçirilən “Gələcəyin zirvəsi nazirlər səviyyəsində hazırlıq toplantısı”nda da iştirakçılara müraciət edən Hakan Fidan qlobal idarəçiliyin transformasiyası, çoxtərəfliliyin gücləndirilməsi və BMT-də islahatların aparılması üçün nələrin edilməsinin vacibliyini vurğulayıb.
H.Fidan həmçinin BMT-nin Sivilizasiyalar Alyansının Dostlar Qrupunun Xarici İşlər Nazirləri Toplantısında və İslam Əməkdaşlıq Təşkilatının İllik Nazirlər Koordinasiya Toplantısında da iştirak edib.
Әlaqәli Xәbәrlәr

Türkiyə prezidenti və Qətər Əmiri təkbətək görüşdülər
Görüşdən sonra iki ölkə arasında birgə bəyannamə və 12 müqavilə imzalanıb