''Türkiye ilə Şimali Makedoniya arasındakı əməkdaşlıq Balkanların təhlükəsizliyinə töhfə verəcək''

Bunu Türkiyenin milli müdafiə naziri Yaşar Gülər deyib.

2040984
''Türkiye ilə Şimali Makedoniya arasındakı əməkdaşlıq Balkanların təhlükəsizliyinə töhfə verəcək''

Türkiyenin milli müdafiə naziri Yaşar Gülər deyib:“Daha güclü Şimali Makedoniya ilə öz regionunda fəal olan və dünyada əhəmiyyətli gücə çevrilən Türkiye arasındakı həmrəylik və əməkdaşlıq Balkanların təhlükəsizliyinə töhfə verəcək”.
Nazir Yaşar Gülər ​​Şimali Makedoniya Milli Günü və Silahlı Qüvvələr Günü münasibətilə paytaxt Ankarada təşkil edilən tədbirdə iştirak edib.
Tədbirdə çıxış edən Yaşar Gülər ​​Türkiye ilə Şimali Makedoniya arasındakı tarixi əlaqələrə və köklü qardaşlıq bağlarına diqqət çəkib.
“Bu çoxəsrlik qardaşlıq bağlarının təzahürü olaraq Türkiye Şimali Makedoniyanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri oldu”,-deyə Yaşar Gülər vurğulayıb.
İki ölkə arasında siyasi, hərbi, ticarət, təhsil və turizm başda olmaqla bir sıra sahədə əməkdaşlıq imkanlarının olduğunu bildirən Yaşar Gülər deyib:"Əməkdaşlığımız daim inkişaf edir. Şimali Makedoniyanın ictimai quruluşunun hüzurlu olması Balkanlar üçün son dərəcə əhəmiyyətlidir. Şimali Makedoniya və Türkiye arasındakı həmrəylik və əməkdaşlıq Balkanların təhlükəsizliyinə töhfə verəcək”.



Әlaqәli Xәbәrlәr