Yaşar Gülər Zakir Həsənovu təbrik etdi
Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, Türkiyenin milli müdafiə naziri Yaşar Gülər Azərbaycanın müdafiə naziri Zakir Həsənova zəng edib.

Türkiyenin milli müdafiə naziri Yaşar Gülər Azərbaycan ordusunun Qarabağda həyata keçirdiyi antiterror tədbirlərinin uğurla başa çatması münasibətilə Azərbaycanın müdafiə naziri Zakir Həsənovu təbrik edib.
Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, Türkiyenin milli müdafiə naziri Yaşar Gülər Azərbaycanın müdafiə naziri Zakir Həsənova zəng edib.
Yaşar Gülər həmkarı Zakir Həsənovu antiterror tədbirlərinin uğurla başa çatması münasibətilə təbrik edərək bildirib ki, Türkiye həmişə olduğu kimi bu gün də Azərbaycanın yanındadır.
Yaşar Gülər antiterror tədbirləri zamanı şəhid olan əsgərlərlə əlaqədar həmkarına başsağlığı verib, xəsarət alanlara şəfa diləyib.
Nazirlər müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Әlaqәli Xәbәrlәr

Türkiyə prezidenti və Qətər Əmiri təkbətək görüşdülər
Görüşdən sonra iki ölkə arasında birgə bəyannamə və 12 müqavilə imzalanıb