Türkiye Yəməndə sülh prosesinin irəliləməsi üçün keçirilən danışıqları alqışlayır
Türkiye Yəməndə sülh prosesinin irəliləməsi üçün Səudiyyə Ərəbistanının ev sahibliyi etdiyi danışıqları alqışladığını bəyan edib.

Türkiye Yəməndə sülh prosesinin irəliləməsi üçün Səudiyyə Ərəbistanının ev sahibliyi etdiyi danışıqları alqışladığını bəyan edib.
Türkiye Xarici İşlər Nazirliyi mövzu ilə bağlı bəyanat verib.
Bəyanatda Səudiyyə Ərəbistanının ev sahibliyi ilə Omanın da iştirakı ilə paytaxt Ər-Riyadda Yəməndə sülh prosesinin irəliləməsinə yönəlmiş danışıqların müsbət qarşılandığı bildirilib.
Bəyanatda “Bütün tərəfləri Yəməndə daimi həllə nail olmaq üçün sülh prosesini konstruktiv şəkildə dəstəkləməyə dəvət edirik” ifadələrdən istifadə edilib.
Bəyanatda həmçinin vurğulanıb ki, Türkiye “qardaş Yəmənin milli birliyi və ərazi bütövlüyünün” qorunub saxlanmasını qətiyyətlə dəstəkləməyə davam edəcək.
Qeyd edək ki, Yəməndə İranın dəstəklədiyi husilər 2014-cü ilin sentyabrından paytaxt Səna və bəzi bölgələrə nəzarət edir. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri 2015-ci ilin mart ayından husilərə qarşı Yəmən hökumətinə dəstək verir.
Səudiyyə Ərəbistanı və Oman Yəməndə 9 ildir davam edən böhrana son qoyacaq hərtərəfli saziş hazırlamaq üçün aylardır Yəmən hökuməti ilə husilər arasında vasitəçilik edir.