Türkiye XİN: "Azərbaycan öz suveren ərazisində zəruri hesab etdiyi tədbirləri görməli oldu"
Türkiye Xarici İşlər Nazirliyi Azərbaycanın öz suveren ərazisində zəruri hesab etdiyi tədbirləri görməli olduğunu bildirib.
2039535
İkinci Qarabağ müharibəsinin başa çatmasından keçən üç ilə yaxın müddətdə yerlərdəki vəziyyətlə bağlı haqlı narahatlığın həllini tapmaması nəticəsində Azərbaycan öz suveren ərazisində zəruri hesab etdiyi tədbirləri görməli oldu.
Bu barədə Türkiye Xarici İşlər Nazirliyinin açıqlamasında deyilib.
"Hesab edirik ki, Azərbaycan və Ermənistan arasında indiyədək ciddi şəkildə həyata keçirilən hərtərəfli danışıqlar prosesinin nəticəyönümlü şəkildə davam etdirilməsinin təmin edilməsi regionda sülhün, təhlükəsizliyin, firavanlığın və daimi sabitliyin bərqərar olmasının yeganə yoludur", - açıqlamada bildirilib.